“Radarlar olmasa, qaydaları pozan sürücülərin törətdiyi qəzalar artacaq” – Nəqliyyat eksperti

media-hightechnic-468x90

“Sürücülər tez-tez təhlükəli manevrlər edir, sürət həddini aşır və yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar.”

Bunu Yenicag.az-a açıqlamasında Nəqliyyat Eksperti Eldəniz Cəfərov deyib.

media-img_1725

O bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında radarlar tənzimləyici vasitə kimi mühüm rol oynayır.

Ekspertin fikrincə, radarların quraşdırılması yol-nəqliyyat hadisələrinin sayının azalmasına təsir göstərir.

Eldəniz Cəfərov xüsusilə Heydər Əliyev prospektini misal göstərərək qeyd edib ki, hava limanı istiqamətində həmin yol sahəsində radarların olmaması qəzaların sayının ciddi şəkildə artmasına səbəb ola bilər:

“Heydər Əliyev prospektində hərəkət intensivdir, sürücülər tez-tez təhlükəli manevrlər edir, sürət həddini aşır və yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Bu baxımdan radarların quraşdırılması həmin istiqamətdə təhlükəsizliyin təmin edilməsi üçün vacib hesab olunur.”

Daha ətraflı videomaterialda:

Səxavət Əliyev

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa