Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlıq müqaviləsi imzaladılar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Mətbuata verilən açıqlamada bildirilir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze və Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini nəzərdə tutan birgə bəyannamə imzalayıblar.













