Yəmən limanı yaxınlığında gəmi atəşə tutulub
Yəmənin Ədən liman şəhərindən 70 dəniz mili cənub-qərbdə motorlu qayıq gəmiyə yaxınlaşdıqdan sonra atışma baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniya HDQ yanında Dəniz Ticarət Əməliyyatlarının Əlaqələndirmə Mərkəzinin (UKMTO) saytında bildirilib.
“UKMTO Yəmənin Ədən şəhərindən 70 dəniz mili cənub-qərbdə baş vermiş insident barədə məlumat alıb. Göyərtəsində beş nəfərin olduğu ağ qayıq gəmiyə yaxınlaşıb. Bundan sonra atışma olub. Həmin ərazidə daha iki qayığın olması barədə məlumat verilib”, – məlumatda qeyd olunub./Report













