“İsrail Amerikanın Yaxın Şərqdəki NƏFƏS BORUSUDUR” – O kəsilsə, Vaşinqton regionda BOĞULACAQ

media-hightechnic-468x90

“İsrail Amerikanın uğurlarının təməl faktorudur.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib.

Politoloq Amerika – İsrail münasibətləri haqqında danışaraq bu iki ölkənin İrana qarşı birləşməsinin əsas səbəblərini açıqlayıb. İsrail Amerika üçün nə dərəcədə vacib ölkədir sualına cavab verən X. Cəfərli bildirib:

“ABŞ və İsrailin Yaxın Şərq siyasəti tamamilə bir-birini tamamlayan siyasətdir. Əslində Amerikanın Yaxın Şərq, Hind okeanı və Sakit Okeana yönəlmiş siyasəti İsrailsiz mümkün deyil. İsrail bu siyasətin təməl daşıdır. Taktiki fikir ayrılığları olsa da bütövlükdə bu siyasət bir-birini tamamlayır deyə yalnış təəssüratlar yaranmamalıdır ki, ABŞ fərqli siyasət apara və ya İsrailin maraqlarını nəzərə almaya bilər. İsrailin mövcudluğu Amerikanın həyati əhəmiyyətli maraqlarına cavab verir. İsrailin bir yəhudi dövləti olub olmaması ikinci dərəcəli məsələdir. Əsas məsələ İsrail dövlətinin varlığı Amerikanın maraqlarına cavab verdiyi üçündür. Hər nə qədər Amerikanın Yaxın Şərq və Hind okeanı hövzəsinə yönəlik maraqları mövcuddur, İsraillə siyasəti üst-üstə düşəcək. Onların arasında hakimiyyət yanaşması fərqi ola bilir amma bütövlükdə stratejiya dəyişməz olaraq qalır. Bəzən regiondakı opponentləri çaşdırmaq üçün fərqli siyasət görüntüsü yaradıla bilir amma bu Azərbaycan cəmiyyətini çaşdırmamalıdır. Keçmiş ABŞ prezidenti Co Bayden özü də bildirdi ki, əgər İsrail mövcud olmasaydı onu yaratmaq haqqında düşünmək lazım gələrdi. Ümumiyyətlə İsrail Amerikanın xarici siyasətindəki uğurlarının təməl faktorlarından biridir. Məsələyə bu kontekstdən baxarkən hər şey yerinə oturar.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05