74 cinayət faktı qeydə alınıb

media-hightechnic-468x90

6564748481412351435Yanvarın 16-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 74 cinayət faktından 34-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 32 nəfər tutulub(azərtac).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600