Trampın qorunmasında böyük boşluq: Silahlı şəxs oteldə necə qeydiyyatdan keçib?

media-hightechnic-468x90

“Bu hadisə ABŞ təhlükəsizlik orqanları üçün biabırçılıqdır”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Politoloq Vaşinqtonda Donald Trampın iştirak etdiyi tədbirdə ona qarşı sui-qəsd cəhdini Amerika təhlükəsizlik orqanlarının fəaliyyətindəki ciddi çatışmazlıqlarla əlaqələndirib:

“Vaşinqtonda Trampın, xanımının və vitse-prezidentin iştirak etdiyi şam yeməyi zamanı sui-qəsd cəhdi baş verib. Hadisəni törədən şəxs Kaliforniyadan olan bir müəllimdir. O, bu qəsdi reallaşdırmaq üçün Kaliforniyadan Çikaqoya, oradan isə qatarla Vaşinqtona gəlib. Bu şəxsin çantasında silah, bıçaq və qırma (saçma) olub o, bütün bu yolu silahlı halda gələrək oteldə qeydiyyatdan keçib. ABŞ prezidentinin iştirak etdiyi tədbirə silahlı şəxs necə daxil ola bilib? ABŞ rəsmilərinin təhlükəsizliyi görün nə dərəcədə zəif qorunur! Həmin şəxsin açdığı atəş nəticəsində Amerikanın Məxfi Xidmətinin əməkdaşı yaralanıb. Bu hadisə ABŞ təhlükəsizlik orqanları üçün rəzalətdir. Bu, artıq neçənci dəfədir ki, ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi qeydə alınır. ABŞ Baş prokurorunun vəzifəsini icra edən Todd Blanşın sözlərinə görə, həmin şəxsin psixi problemlərinin olması mümkündür. Bildirilir ki, bu şəxs həm Trampa, həm də hökumət üzvlərinə qarşı qəsd törətmək niyyətində olub”.

Politoloq qeyd edib ki, Böyük Britaniya kralı ABŞ-yə planlaşdırılan səfəri zamanı təhlükəsizliyini öz əməkdaşlarına həvalə etmək qərarına gəlib:

“Belə bir vəziyyətdə, gələn həftə Böyük Britaniya kralı və xanımı Amerikaya səfər edəcək. Britaniya xüsusi xidmət orqanları ABŞ-nin təhlükəsizlik təminatına etibar etmədikləri üçün öz mühafizə dəstələrini gətiriblər. Bu sui-qəsd cəhdini Azərbaycan və Türkiyə prezidentləri də sosial şəbəkə hesablarında kəskin pislədilər. Uzun illər təhlükəsizlik orqanlarında çalışmış bir şəxs kimi hesab edirəm ki, Amerikada yüksək rütbəli şəxslərin və dövlət rəhbərlərinin mühafizəsi bərbad vəziyyətdədir. Bir müddət öncə də Trampa atılan güllə onun qulağını yaralamışdı. İndi isə prezidentin iştirak etdiyi tədbirə kənar şəxs silahla girib atəş açır. Bu, sovet sistemində, Azərbaycanda və bir çox digər ölkələrdə mümkün olan məsələ deyil. Hesab edirəm ki, onlar prezidentin təhlükəsizliyinin təmin edilməsini bizdən öyrənməli və bu işə ciddi yanaşmalıdırlar. Hər halda, ABŞ rəhbərliyi bu hadisədən düzgün nəticə çıxarmalıdır”.

E. Həsənov mediada həmin şəxsin İranla bağlantısı barədə yayılan iddialara da toxunub:

“Həmin şəxsin birbaşa İranla bağlı olduğunu düşünmürəm. Lakin hər bir halda, Tramp və Netanyahunun birgə səyləri ilə İranın dini rəhbərliyinə vurulan zərbələrin cavabı, tez ya gec, Tehran tərəfindən veriləcək. İran hökumətinin hansısa yolla ABŞ rəhbərlərinə qarşı qəsd planlaşdıracağı istisna deyil. Hesab edirəm ki, bu məsələ İran üçün bir şərəf məsələsinə çevrilib və onların xüsusi xidmət orqanları bu istiqamətdə ciddi çalışırlar”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05