Elm və Təhsil Nazirliyinin dəyişməz TENDER QALİBİ: "Simplex" niyə hər dəfə qalib olur?

media-hightechnic-468x90

Elm və Təhsil Nazirliyi 10 milyona yaxın vəsait xərcləməklə ütü, televizor, ətçəkən, samovar və s. avadanlıqlar alıb. Nazirliyin tenderdə uyğun bildiyi şirkət yenə “Simplex” olub. Nazirlik bundan əvvəl də bu şirkətlə daha böyük məbləğli xidmətlər üçün müqavilə imzalayıb.media-elcin-efendiTenderin maraqlı nəticələrini Yenicag.az-a şərh edən Elçin Əfəndi hesab edir ki, bu müqavilələr sözügedən şirkətin bu sahədə daha çox ixtisaslaşmasının göstəricisidir:

media-banner_tkm

“Nəzərinizə çatdırım ki, “Simplex” şirkəti, ümumiyyətlə, həm texniki avadanlıqlar, həm də İT avadanlıqları baxımından ixtisaslaşmış bir şirkətdir və demək olar ki, 2015–2026-cı illər ərzində nazirliyin tenderlərində qalib olduğunu müşahidə edirəm. Bu şirkət ixtisaslaşıb və tələbat olan məhsulların tədarükü ilə məşğuldur. Eyni şirkət dəfələrlə tenderdə qalib gələndə insanların beynində sual yaranır ki, həmin məhsullar nazirliyə tabe qurumlar üçün nə dərəcədə əhəmiyyətlidir. Hər bir halda, satan şirkətin kimliyindən asılı olmayaraq, məhsullar qurum tərəfindən əldə edilir”.

“Əksər tenderlərin məhz bu şirkətə verilməsi təsadüfdür, yoxsa xüsusi seçim?” sualına isə ekspert belə cavab verib:

“Düşünmürəm ki, bu şirkət kiminləsə yaxınlığına görə tenderləri qazanıb. Bu barədə əlimdə sənəd olmadığı üçün konkret bir söz demək olmur. Bildiyim odur ki, bu tenderlər daha çox lazımi avadanlıqların alınması məqsədini daşıyır və xidmət keyfiyyətinə görə hər dəfə onlar qalib olur”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05