Livan Prezidenti ABŞ-dən İsrailə təzyiq göstərməsini istədi

media-hightechnic-468x90

Livan Prezidenti Cozef Aun ABŞ administrasiyasını İsrailə təzyiq göstərərək qoşunlarını Livan ərazisindən mümkün qədər tez çıxarmağa çağırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, prezidentin mətbuat xidməti vasitəsilə yayılan bəyanatda Aun bildirib ki, İsrailin Livandakı hərbi mövcudluğunun davam etməsi dövlətin legitimliyinə zərbə vurur, Livan ordusunun ölkənin cənub sərhədində tam yerləşdirilməsinə mane olur və Vaşinqtonda əldə olunmuş çərçivə sazişinin icrasını risk altına salır.

Dövlət başçısının sözlərinə görə, İsrail qoşunlarının geri çəkilməsi bölgədə sülh və sabitliyə nail olmaq üçün əsas şərtdir. O vurğulayıb ki, İsrailin mövcudluğunu davam etdirməkdə israr etməsi həm ABŞ-nin, həm də Livanın qarşıya qoyduğu məqsədlərə xidmət etmir.

Qeyd edək ki, İsraillə Livan arasında çərçivə sazişi iyunun 26-da ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş raund danışıqlardan sonra imzalanıb. Sənədə əsasən, Livan Silahlı Qüvvələri mərhələli şəkildə ölkənin bütün ərazisində effektiv suveren nəzarəti bərpa etməlidir.

Razılaşma çərçivəsində İsrail qoşunlarının çıxarılacağı pilot zonaların yaradılması nəzərdə tutulur. Bununla belə, İsrail Litani çayının şimal və cənubunda yerləşən və ilk mərhələdə Livan ordusuna təhvil verilməsi planlaşdırılan üç bölgədən hələ də qoşunlarını çıxarmayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05