Rütte: “NATO Ukraynanın hava müdafiəsini tam təmin edə bilmir”
NATO-nun Baş katibi Mark Rütte alyansın Ukraynanın hava hücumundan müdafiəsini təmin etməkdə çətinlik çəkdiyini etiraf edib.
Yenicag.az xəbər verir ki, o, bu barədə 7–8 iyul tarixlərində Ankarada keçiriləcək sammit ərəfəsində təşkil olunan mətbuat konfransında danışıb.
“Avropada hava hücumundan müdafiə vasitələrinin istehsalının müəyyən həddi var”, – deyə Ruüte Kiyevə qarşı Rusiyanın son kütləvi hücumları ilə bağlı suala cavabında bildirib.
Baş katib qeyd edib ki, NATO ölkələri Ukraynaya dəstəyi davam etdirmək üçün bütün imkanlardan istifadə edir. Onun sözlərinə görə, ABŞ-dən Avropa maliyyəsi hesabına silah alınmasını nəzərdə tutan PURL sistemi çərçivəsində raket-interseptorlar artıq Ukraynaya göndərilir.
Rütte əlavə edib ki, Ukraynanın özündə də hava hücumundan müdafiə sistemlərinin istehsalının artırılması böyük əhəmiyyət daşıyır.













