8 martda hava küləkli olacaq

media-hightechnic-468x90

trend_weather_bulvar_050315_2İlkin proqnoza əsasən, martın 8-də Bakıda və Azərbaycanın əksər rayonlarında hava küləkli olacaq.

Yenicag.az trend-ə istinadən bildirir ki, martın 6-7-də isə Azərbaycan ərazisində mülayim hava şəraiti hökm sürəcək.

Bakıda və Abşeron yarımadasında martın 6-da dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında martın 6-da havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 6-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600