!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

85 yaşlı qadın yanaraq öldü – QUBADA

Quba rayonunun Səbətlər kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Bu barədə Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən xəbər verir.

Yanğın yerinin kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Rəhmanova Gülnaz Cəzail qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

www.yenicag.az

256
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100