9 nazir töhmət aldı

media-hightechnic-468x90

988693081dtgTürkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov 2014-cü ilin yekunlarına aid keçirdiyi illik iclasda 9 nazirə töhmət verib.

Yenicag aznews-a istinadən xəbər verir ki, bu haqda məlumatı “Mərkəzi Asiya xəbər xidməti” yayıb.

Məlumatda deyilir ki, 9 nazirdən 3-ü işdən qovulmaq xəbərdarlığı ilə ciddi töhmət alıb.

Ciddi töhmət alanlar arasında Baş nazirin müavini Annaməhəmməd Qoçiyev, su təsərrüfatı naziri Səit Taqanov, Dövlət Heyvandarlıq Birliyinin sədri Amanməhəmməd Muradovun adları var. Bu məmurlarin işlərində hər hansısa nöqsan aşkarlansa, onlar dərhal işdən qovulacaqlar.

Töhmət alan nazirlər isə bunlardır: Baş nazirin kənd təsərrüfatı üzrə müavini Annagəldi Yazmuradov, maliyyə naziri Məhəmmədqulu Məhəmmədov, iqtisadi inkişaf naziri Vepa Abdulxakimov, əmək və əhalinin sosial müdafiəsi naziri Beqmurat Şamıradov, təhsil naziri Gülşat Məmmədova, səhiyyə və tibbi sənaye naziri Nurməhəmməd Amannepesov.

Qurbanqulu Berdıməhəmmədov həmçinin Baş Dövlət Vergi Xidmətinin sədri Şatlık Xummedova və Aşqabad şəhərinin meri Recepgəldi Nurməmmədovaya da töhmət verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600