Qəzaya düşən beyin cərrahı qopan barmaqlarını alıb xəstəxanaya qaçdı

media-hightechnic-468x90

Türkiyənin İstanbul şəhərində baş verən qəzanın detalları hər kəsi təəccübləndirib.

Yencag.az “Cumhuriyet”ə istinadən xəbər verir ki, beyin cərrahı Saygın Uçar şəxsi avtomobilinə minmək istəyərkən yoldan keçən kiçikhəcmli yük maşını açıq qapını sürtüb və cərrahın əli qapı ilə yük maşını arasında sıxışıb.

Hadisə nəticəsində Uçarın sol əlindəki 4 barmağı ciddi zədə alıb, 2 barmağı isə qopub. Cərrah özünü itirməyərək qopan barmaqlarını da götürüb yaxınlıqdakı xəstəxanaya qaçıb.

Xəstəxanada 16 saatlıq əməliyyat keçirən Uçarın barmaqları yerinə tikilib, vəziyyəti stabil qiymətləndirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600