“Ulu öndərin ən böyük arzusunu Qarabağın fatehi İlham Əliyev yerinə yetirdi” – XALQ ŞAİRİ

media-hightechnic-468x90

“Ulu öndər, fenomen şəxsiyyət olan Heydər Əliyev “Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam…”, deyib bütün ömrünü, həyatını, fəaliyyətini Azərbaycana və xalqına həsr edən müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ümummilli Lider Heydər Əliyevin doğum günündə Xalq şairi Vahid Əziz deyib.

Dahi şəxsiyyətin bitib-tükənməyən misilsiz xidmətlərindən bəhs edən Xalq şairi Ulu Öndərlə eyni dövrdə yaşadığı üçün özünü xoşbəxt saydığını deyib:

“Xoşbəxtəm ki, belə bir dahi şəxsiyyətin dövründə yaşamışam, çalışmışam, onun diqqət, qayğısını görmüşəm. Dahi şəxsiyyət mənim də həyatımda işıq yanıdırıb. Mən Heydər Əliyevdən insanlara diqqət-qayğı göstərməyi, Vətənə sonsuz sevgini, Azərbaycançılığı, dilimizə, dövlətçiliyimizə sonsuz hörməti öyrənmişəm. Onun ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Qarabağın fatehi lİlham Əliyev yerinə yetirdi.

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşdi, müzəffər Ordumuz şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu, illərlə düşmən tapdağı altında inləyən torpaqlarımız özümüzə qayıtdı. Qarabağ fatehi İlham Əliyev Azərbaycanı tarixi zəfər qazanan qalib ölkəyə, Azərbaycan xalqını isə qalib xalqa çevirdi və bu möhtəşəm Qələbə ilə Azərbaycanın hərbi, siyasi və iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi.

44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəmiz Azərbaycanın şanlı tarixinə əbədi Zəfər Günü kimi həkk olundu. Bayrağımız bugün Şuşada, Xankəndidə, Xocalıda və düşmən tapdağından azad etdiyimiz bütün Vətən torpaqlarında dalğalanır. Həm Qarabağ, həm Şərqi Zəngəzura Böyük Qayıdış başlanılıb. Bu gün Ulu Öndərin ruhu şaddır.
Heydər Əliyev xalq qarşısında misilsiz xidmətlərinə görə hər zaman vətəni, milləti üçün əziz olaraq qalacaq. Çünki bu dahi şəxsiyyət öz nəcib əməlləri ilə hələ sağlığında ikən adı tarixə yazılan böyük azərbaycanlı, böyük şəxsiyyətdir”.

Xalq şairinin “Heydərdən öyrəndim bu ləyaqəti” adlı şeirini təqdim edirik:

Torpaq vidalaşdı ağlamağıyla,
Uzaq səadətin ətri duyuldu,
Heydəri xalqıma qaytarmağıyla
Tarix neçə-neçə günahı yudu.

Polad iradəli, qərarı qəti-
“Bakı-Ceyhan” adlı bir ümman axır,
Elə bir yenilməz Heydər qüdrəti
Əzablı yolların hayıfın çıxır.

Sabahdan söz açdı üzü gülməyən,
Sel kimi tökülən qanlar dayandı,
İllərlə sədası eşidilməyən
Xalqımın əbədi ulduzu yandı.

Ölçüsü bilinməz bu səadətin,
Öndərim, dünyaya vaxtında gəldin,
Var ol, Ulu Tanrım, var ol, Millətim,
Var ol ki, Heydəri qoruya bildin!

Satqınlıq, iftira, dost xəyanəti…
Heydər bu dünyada nələr görmədi!
Heydərdən öyrəndim bu ləyaqəti—
Namərd ayağına mərdi vermədi!

Çağdaş Azərbaycan ölməz əsəri,
Vətənə məhəbbət tək amalıydı.
Heydər-öz Yurdunun sadiq əsgəri,
Türkün ən qüdrətli Generalıydı!

О qədər doğmadı xatirələri,
Sönməyən Günəşdi, odlu çıraqdı.
Güc verər hər kəsə nurlu əlləri,
Heydərin ruhu da xalqa dayaqdı…
(Vahid Əziz)

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600