Bitum məhsullarına dair dövlət standartları TƏSDİQLƏNDİ
Bu barədə Yenicag.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, həmin standartları Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu hazırlayıb, Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Yeni standartlar vasitəsilə elmi-tədqiqat institutları, neft emalı zavodları, asfalt-beton müəsisələri, tikinti işləri ilə məşğul olan təşkilatlar bitum və bitumlu büzücülərin keyfiyyət meyarlarını daha rahat şəkildə müəyyən edə biləcəklər.