Türkiyə Mərkəzi Bankının rəhbəri: "Tətbiq edilən iqtisadi siyasətlər tələbdə tarazlıq yaradıb"

media-hightechnic-468x90

Türkiyə Mərkəzi Bankının rəhbəri Fateh Qaraxan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komitəsində çıxış edib.

Yenicag.az xəbər verir ki, Qaraxan bildirib ki, 2024-cü ilin iyun ayından bəri dezinflasiya prosesi davam edir və inflasiyanın əsas meyillərində azalma müşahidə olunur. Xidmət sektorunda inflasiya daha da zəifləyib, mal inflasiyası isə aşağı səviyyədədir.

Onun sözlərinə görə, tətbiq edilən iqtisadi siyasətlər tələbdə tarazlıq yaradıb və bu, inflyasiyanın azalmasına müsbət təsir göstərib. Qaraxan əlavə edib ki, mart ayında maliyyə bazarlarında yaşanan dalğalanmalara qarşı vaxtında tədbirlər görülüb.

Mərkəzi Bank rəhbəri 2025-ci ildə cari kəsirin ÜDM-ə nisbətinin uzunmüddətli ortalamalardan aşağı olacağını bildirib və dezinflasiya prosesinin davam edəcəyini vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600