Bakı Limanından aşırılmış yüklərin həcmi artdı

media-hightechnic-468x90

Bu ilin birinci rübündə Bakı Limanı vasitəsilə 1,9 milyon tondan artıq yük aşırılıb ki, bu da 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 8,8 % çoxdur.

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

“O cümlədən bu ilin birinci rübündə 30 034 TEU konteyner aşırılıb. Bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisinə (13 280 TEU) nisbətən 16 754 TEU və ya 126 % çoxdur”, – məlumatda deyilir.

Hesabat dövründə Bakı Limanı vasitəsilə 13 711 ədəd təkərli texnika, 7 765 ədəd vaqon, 366 min ton quru yük, 377 min ton neft və neft məhsulları aşırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600