Metroda koronavirus xəstəsi SAXLANILDI - FOTO

media-hightechnic-468x90

Bakı metrosunun “Əhmədli” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1999-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600