Yeni ilbiz növü kəşf edildi - Pikassonun adı verildi

media-hightechnic-468x90

Taylandda tapılan kiçik ölçülü yeni ilbiz növü kəşf eidlib. 

Yenicag.az xəbər verir ki, cəmi 3 millimetr olan bu ilbizə “Anauchen picasso” adı qoyulub.

Səbəb isə onun qabığında müşahidə olunan qeyri-adi və mürəkkəb geometrik naxışlardır. Alimlər bu qıvrımları “adi ilbizlərin kubist təfsiri” kimi dəyərləndiriblər.

Yeni növ barədə “ZooKeys” elmi jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, ilbizin konik formalı qabığında 4,5–5 spiral qıvrım, ağ xətli izlər və çoxsaylı dişəbənzər baryerlər var. Bu elementlər yırtıcılara qarşı müdafiə rolunu oynaya bilər.

Araşdırmada həmçinin Cənub-Şərqi Asiyada 5 mm-dən kiçik qabıqlı 46 yeni mikroilbiz növü müəyyən edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600