“Böyük Ermənistan” XƏYALLARI: “Tarixi müzakirələr həm də daxili siyasətdən diqqəti yayındırmaq üçündür”

media-hightechnic-468x90

“Hazırkı Ermənistanın siyasi və iqtisadi uğursuzluqları fonunda real gündəmi danmaq daha rahatdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, son günlər Ermənistanda gündəmə gələn İkinci Dünya müharibəsi mövzusu ilə bağlı fikirlərini səsləndirib.

Əgər Almaniya qalib olsaydı, ermənilərin “Böyük Ermənistan” layihəsinə yaşıl işıq yanacağı mövzusunda apardığı müzakirələr barədə politoloq bildirib ki, Ermənistanda tarixə qaçış bir vərdişə çevrilib:

“Bugünkü reallıqları analiz etmək əvəzinə keçmiş miflərlə özlərini təsəlli edirlər. “Böyük Ermənistan” ideyası əslində frustrasiyanın siyasi ifadəsidir. “Əgər Almaniya qələbə qazanardısa…” tipli iddialar daha çox “intellektual” məşğuliyyət kimi təqdim olunur. Əslində, isə bu, cəmiyyətin psixoloji ehtiyacı, uydurma qürur qaynağıdır”.

Onun sözlərinə görə, səbəb odur ki, hazırkı Ermənistanın siyasi və iqtisadi uğursuzluqları fonunda real gündəmi danmaq daha rahatdır:

“Gələcək üçün strategiya qurmaq yerinə keçmişə sığınırlar. Azərbaycanla sülh isə bu miflərin dağılmasını tələb edir. Çünki sülh “Böyük Ermənistan” fantaziyasını rəsmi şəkildə basdırır. Bu isə bəzi siyasi qrupların sonu deməkdir. İndiki mərhələdə Ermənistan cəmiyyətində qərarsızlıq var. Bir tərəf reallığı qəbul etmək istəyir, digər tərəf bu kabusla yaşamağa davam edir. Tarixi müzakirələr həm də daxili siyasətdən diqqəti yayındırmaq üçündür. Real problemlər – yoxsulluq, miqrasiya, işsizlik diqqətdən yayınır. Miflər üzərində qurulan dövlət real sülhə çox gec çatır”.

“Azərbaycanla sülh onların rifahı üçün şansdır. Amma bu, eyni zamanda, uydurma tarixi ideyaların təkzibidir. Ona görə də iç savaş yaşanır – ağlın və duyğunun savaşı. Keçmişlə vidalaşmaq onlar üçün asan deyil. Bəziləri üçün bu, siyasi intihardır. Ermənistanın gələcəyi real tarazlıqlarda gizlidir, xəyallarda yox. Bunu nə qədər tez anlasalar, bir o qədər tez qurtuluş başlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600