Ərdoğan Zelenski ilə telefonda danışdı

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Rusiya – Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon danışığı aparıb”, – mətbuat xidməti bildirib.

Qeyd olunub ki, ölkə liderləri Türkiyə – Ukrayna ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

“Prezident Ərdoğan görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlaması iradəsini son dərəcə əhəmiyyətli hesab etdiyini, Türkiyənin prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib”, – məlumatda diqqətə çatdırılıb.

Türkiyə lideri “əhatəli atəşkəsin sülh danışıqlarının başlaması üçün lazımi şəraiti təmin edəcəyini, açılan fürsət pəncərəsinin qaçırılmaması lazım olduğunu” vurğulayıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600