Bərdədə beş nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın TƏFƏRRÜATI - FOTO/VİDEO

media-hightechnic-468x90

Fevralın 2-də Bərdədə baş verən və beş nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatı məlum olub.

Yenicag.az xəbər verir ki, qəzada ölən beş nəfərdən dördü bir ailənin üzvləridir.

Bunlar Bərdə rayonu Qarağacı kənd sakinləri Baxşəliyev Məhərrəm Nüsrət oğlu, onun həyat yoldaşı Kərəmova Xalidə İsa qızı, qızları Məfdunə Baxşəliyeva və oğulları İlkin Baxşəliyevdir.

Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva isə xəstəxanaya yerləşdirilib.

İlkin Baxşəliyev Daxili Qoşunların hərbçisi olmaqla yanaşı, Vətən müharibəsinin iştirakçısı olub. O, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qəzada həlak olan Ceyhun Quliyev də Vətən müharibəsi iştirakçısıdır. Rayonun Birinci Qaradəmirçi kənd sakini ANAMA əməkdaşı olub. O, “Qubadlının azad olunmasına görə” medalına layiq görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600