Naqif Həmzə: “İnanırıq ki, tezliklə Qərbi azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar”

media-hightechnic-468x90

“Heydər Əliyev müasir Azərbaycanın banisi və qurucusu olmaqla yanaşı, türk dünyasının birliyinə misilsiz töhfə vermişdir. Onun uzaqgörən siyasəti, xüsusilə Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin inkişafında oynadığı mühüm rol, qardaş xalqlarımız arasında sarsılmaz körpü yaratmışdır”.

Yenicag.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, UNESCO-nun Qazaxıstan nümayəndəliyi, Dünya Axısxa Türkləri Birliyi (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfi və Qərbi Azərbaycan İcması birgə təşkilatçılığı ilə Almatıda keçirilən “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu”nda çıxış edən Milli Məclisin deputatı Naqif Həmzə deyib.

N. Həmzə qeyd edib ki, məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xətt əsasında Azərbaycan bu gün haqqını bərpa edib:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu Öndərin bütün arzularını gerçəkləşdirərək Azərbaycanın ərazi bütövlüyünü tam təmin etmişdir. Ordumuzun qəhrəman əsgər və zabitləri ölümün gözünə dik baxaraq, şəhidlik zirvəsinə ucalaraq torpaqlarımızı işğaldan azad etdilər. Bütün türk dünyası bu mübarizədə Azərbaycan xalqının yanında oldu və tarixi ədalət bərpa edildi.

Keçmiş məcburi köçkünlərimiz artıq öz doğma torpaqlarına qayıdırlar. Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasını öz gücü ilə həyata keçirir. 2024-cü ilin 12 martında Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etdilər. Qazax xalqının və dövlətinin Qarabağa hədiyyəsi olan bu mərkəz iki qardaş xalqın dostluğunun əbədi simvolu olacaqdır”.

“Qarabağın azad edilməsi həm də bizə imkan yaradır ki, Qərbi Azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmasını təmin etmək üçün birlikdə çalışaq. 2022-ci il 24 dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qərargahında öz doğum gününü soydaşları ilə birlikdə qeyd etdi və Qərbi Azərbaycanlıların öz torpaqlarına mütləq qayıdacaqlarının müjdəsini verdi. 2023-ci ildə isə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” qəbul edildi. Bu konsepsiyanın əsasını sülh yolu ilə qərbi azərbaycanlı soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı təşkil edir”, – deyə bildirən Naqif Həmzə bu gün soydaşlarımızın Qarabağa qayıtdığını və tezliklə Qərbi azərbaycanlıların da öz doğma yurdlarına sülh yolu ilə qayıdacaqlarını vurğulayıb.

“Biz birgə çalışaraq bu tarixi qayıdışı təmin edəcək, birlik və bərabərliyimizi daha da gücləndirəcəyik. Türk Dövlətləri Təşkilatının inkişafı və güclənməsi bizə böyük ümidlər verir. Bütün türk dünyası bu prosesin yanında duraraq birliyimizi möhkəmləndirir”, – deyə o, fikirlərini tamamlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600