Əli Əsədov Putinlə görüşə qatıldı

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.

Ə.Əsədov görüşdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Baş nazir Azərbaycan-Rusiya strateji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600