“Telegram”da vətəndaşın maddi vəsaitini ələ keçirən şəxs saxlanıldı

media-hightechnic-468x90

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini, 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb.

Bu barədə Yenicag.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

O, “Telegram” sosial şəbəkə seqmentində “Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600