Bu marşrutların hərəkət sxemi dəyişdirildi

media-hightechnic-468x90

Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 9 may tarixindən 2, 9, 11, 24 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdiriləcək.

AYNA-dan Yenicag.az-a verilən məlumata görə, 2 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla küçələri ilə hərəkət edəcək. 9 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla (son dayanacaq) küçələri ilə təşkil olunacaq. 11 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz küçələri ilə hərəkət edəcək.

24 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz (son dayanacaq) küçələri ilə təşkil olunacaq.

211 nömrəli marşrutun “ASAN xidmət” istiqamətində hərəkəti Fətəli xan Xoyski, Ağa Nemətulla, Uluqbəy və Əhməd Rəcəbli küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobusların hərəkəti Zaur Nudirəliyev, Ərdəbil, Azad Hümbətov, Aşıq Molla Cümə, Fətəli xan Xoyski küçələri, daha sonra öz hərəkət sxemi üzrə təmin olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600