Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

media-hightechnic-468x90

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb.

media-banner_tkm

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri “Report”un sorğusuna cavab olaraq deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.

“Hər birində 45 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək”, – o, bildirib.

V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: “Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər – Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.

Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05