“Azərbaycan Avropanın enerji təchizatında əsas söz sahiblərindən biridir” – Millət vəkili

media-hightechnic-468x90

“Azərbaycanın Avropadakı dostlarından biri də Pelleqrinidir”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycanın Slovakiyanın “vəkili” olduğunu deməsini şərh edib.

Millət vəkili qeyd edib ki, Slovakiya Azərbaycanın Avropadakı önəmli tərəfdaşlarından və dost ölkələrindən biridir:

“Azərbaycan Avropa dövlətləri ilə əlaqələrini davamlı olaraq inkişaf etdirir. Son vaxtlar bir sıra Avropa dövlətlərinin rəhbərləri ölkəmizə səfərlər ediblər. Cənab Prezidentlə müxtəlif dövlətlərin başçıları arasında geniştərkibli görüşlər keçirilir. Bu gün Azərbaycanın Avropanın enerji təchizatında əsas söz sahiblərindən biri olması ikitərəfli münasibətlərin inkişafına ciddi töhfələr verir. Avropa ölkələri də Azərbaycanın bu səylərini çox yüksək qiymətləndirirlər. Həmin ölkə rəhbərlərinin Azərbaycana mütəmadi səfərlərində də bu məqamlar xüsusi vurğulanır.

Slovakiya Prezidentinin ölkəmizə səfəri bir sıra çox mühüm məqamlarla yadda qaldı. Cənab Prezident həmkarını Şuşada qəbul etdi. Şuşada məktəbin inşasında Slovakiya da iştirak edir. Eyni zamanda ali qonaq Şuşa ilə yaxından tanış oldu. Biz Şuşada müxtəlif istiqamətlərdə mühüm görüşlərin keçirildiyinin və müzakirələrin aparıldığının şahidi olduq. Bunlar olduqca vacib və ciddi məsələlər kimi qiymətləndirilməlidir. Bu mənada Slovakiya Prezidenti Pelleqrininin belə bir açıqlama verməsi Azərbaycan-Slovakiya münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın Avropada dostlara ehtiyacı var və hesab edirəm ki, bu etibarlı dostlardan biri də məhz Slovakiya və onun prezidenti Pelleqrinidir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05