AAAF Park qaranlığa qərq olub: Sakinlər etiraz edir – VİDEO

Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində elektrin enerjisinin verilişində yaranan problem sakinlərin etirazına səbəb olub.

Yenicag.az xəbər verir ki, ötən ayın əvvəllərindən davam edən problem hələ də həllini tapmayıb. Bu səbəbdən sakinlər kompleksin önünə toplaşaraq etirazlarını bildirirlər. Sakinlər elektrik, istilik, su və qazla təmin olunmadıqlarını bildirirlər.

Xatırladaq ki, ötən ay AAAF Park Yaşayış Kompleksindən verilən açıqlamada elektrik enerjisinin fasiləsiz təminatı üçün “Azərenerji” ASC-yə təhvil-təslim prosesi getdiyini və problemin noyabrın sonunadək həll olunacağı vəd edilmişdi.