Abid Şərifovun şirkətinin milyonluq borcu: Ölkədən çıxışına məhdudiyyət qoyuldu

media-hightechnic-468x90

Baş nazirin sabiq müavini Abid Şərifova məxsus olduğu deyilən “Evrascon” şirkətinin dövlətə olan borcu yenidən artıb.

Yenicag.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, “Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.333.869,79 AZN vergi borcu yaranıb.

Şirkətin qanuni təmsilçisi və baş direktoru Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Qeyd edək ki, şirkətin ötən ilin sonuna kimi vergi borcu 1,1 milyona yaxın idi. Bu ilin son 3 ayında Həmzət İsmiyevin dövlətə vergi borcu 200 min manatdan çox artıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa