!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abidələr Günü - Qorunmayan tariximiz - FOTOLAR

!Reklam – Yazi

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Qeyd edək ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf edir. 2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Göründüyü kimi, xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlətimizin bu sahəyə diqqət və qayğısı daim hiss olunur. Lakin bəzi tarixi abidələrimizin müəyyən təmir və bərpaya ehtiyacı var. Buna misal olaraq Yasamal rayon Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi 23-də yerləşən, 1892-1896-cı illərdə inşa olunan və ümumi sahəsi 330 kv.m, iç sahəsi 250 kv. metr olan Qasım bəy “Köhnə Pir Cümə” Məscidini göstərmək olar. Əfsuslar olsun ki, həmin məscidin qabağında bəzi insanlar tərəfindən qanunsuz olaraq tikilmiş qarajlar var və həmin qarajlar Qasım bəy “Köhnə Pir Cümə” Məscidinin ümumi görünüşünə xələl gətirməklə yanaşı, həmin məscidin divarlarının çökməsinə səbəb olur, həmçinin insanların həmin ərazidə gediş-gəlişlərininə maneə törədir.

Ona görə də 130 illik tarixi olan Qasım bəy “Köhnə Pir Cümə” Məscidinin ümumi görünüşünə xələl gətirən ona bitişik qeyri-qanuni tikilən həmin qarajların sökülməsi və orada müəyyən bərpa işlərinin aparılması bugünümüzün əsas mövzusu olmalıdır.

Aidiyyəti orqanlar qeyd olunan məsələ ilə bağlı tarixi abidə olan Qasım bəy “Köhnə Pir Cümə” Məscidinin bina divarlarına zərər yetirən və onun ümumi görünüşünə xələl gətirən qanunsuz tikilən qarajların sökülməsinə və həmin ərazidə təmir-bərpa işlərinin aparılmasına dərhal münasibət bildirməli, həmin məsələnin həlli istiqamətində zəruri işləri həyata keçirməlidirlər.

Məhz müqəddəs Ramazan ayında aidiyyəti qurumlar tərəfindən Qasım bəy “Köhnə Pir Cümə” Məscidinin bərpa və təmir olunması məsələsinin həllini tapması həmin məsciddə dini ehtiyaclarının ödəyənlərin sevincinə səbəb olar, eləcə də tarixi abidələrimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına böyük töhvə olar.

www.yenicag.az

2397
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv