!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abituriyentlərin diqqətinə: Kolleclərə ixtisas seçimi davam edir

!Reklam – Yazi

2018/2019-cu tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yenicag.az-a verilən məlumata görə, ixtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Tam orta təhsil səviyyəsini ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanındakı (11-ci siniflər üzrə) nəticələri əsasında iştirak edirlər.

Sentyabrın 5-dək internet vasitəsilə aparılan ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olunmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanındakı “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

www.yenicag.az

775
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv