İngiltərədə yaşayan rusiyalı biznesmen, Londonun “Çelsi” klubunun sahibi Roman Abramoviç viza problemi ilə üzləşib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Abramoviçin Britaniyada işçi vizasının müddəti təxminən 3 həftə öncə bitib. Lakin Britaniya hökuməti ona yeni viza vermir.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin əməkdaşı “RİA Novosti”nin sorğusuna cavabında iş adamına yeni vizanın verilməməsinin səbəbini açıqlamaqdan imtina edib.
Abramoviç məhz bu problem səbəbindən ötən gün “Çelsi”nin “Mançester Yunayted”lə İngiltərə kubokunun final görüşünü də izləyə bilməyib.
Bəzi iddialara görə, Abramoviç artıq 2 aydır Londonda yaşamır. Onun təyyarəsi sonuncu dəfə Britaniya ərazisində aprelin 1-də görünüb.
www.yenicag.az