ABŞ 2029-cu ilə qədər bu münaqişələri bitirmək İSTƏYİR

media-hightechnic-468x90

ABŞ-də Donald Trampın hakimiyyətə qayıdacağı təqdirdə, Ukrayna və Qəzza zolağındakı münaqişələrin 2029-cu ilə qədər başa çatdırılması administrasiyanın əsas hədəflərindən biri olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Təhlildə vurğulanır ki, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff “Vedomosti” qəzetinə açıqlamasında münaqişələrin diplomatik yolla həllinin prioritet olacağını deyib. Onun sözlərinə görə, Tramp administrasiyası Ukraynaya yardım yükünü Avropa dövlətlərinin üzərinə yönəltmək və Rusiyaya qarşı sərt kursdan yayınmaq niyyətindədir. Dövlət katibi Marko Rubio isə bildirib ki, Tramp Ukraynada sabitliyin bərpası üçün “səbrini tükətmək üzrədir”.

Digər tərəfdən, Rusiya rəsmiləri NATO və Aİ-nin Qara dənizdə artan hərbi fəallığından narahatdır. Rusiya XİN nümayəndəsi Vladislav Maslennikov Bolqarıstan və Rumıniyada hərbi infrastrukturun gücləndirildiyini, bölgədə kəşfiyyat fəaliyyətlərinin intensivləşdiyini bildirib. Analitiklər bu dinamikanın Qərb-Rusiya qarşıdurmasını dərinləşdirdiyini və dəniz ticarəti üçün təhlükə yaratdığını vurğulayırlar.

“Kommersant” qəzetinin məlumatına görə, Serbiyanın Avropa İttifaqına üzvlük naminə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazır olması barədə bəyanatlar ölkədə və Moskvada rezonansa səbəb olub. Serbiya rəsmiləri bu mövzunu həm daxili ictimai rəy, həm də Brüsselə mesaj kimi gündəmdə saxlayır.

Bundan başqa, “Nezavisimaya qazeta” yazır ki, zəif dollar ABŞ ixracatçılarına müsbət təsir etsə də, Rusiya üçün büdcə itkiləri yaradır. Ekspertlərin fikrincə, dolların ucuzlaşması əmtəə qiymətlərinin artımına və rublun zəifləməsinə səbəb olur ki, bu da Rusiya iqtisadiyyatında riskləri artırır.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600