“Makleynin o vəzifəyə təyinatı Rusiyaya qarşı daha sərt siyasətin formalaşacağına işarədir”
Respublikaçı senator Con Makkeyn yanvarın 3-də ABŞ Konqresinin Silahlı qüvvələrlə iş üzrə komitəsinə başçı seçilib. Qeyd edək ki, Con Makkeyn Rusiya prezidenti Vladimir Putinin qatı əleydarıdır. Rusiya dövlət başçısının ən sərt tənqidçisi kimi tanınır. O zaman bu təyinat bölgədə nələrivdəyişəcək?
Yenicag.az-a açıqlama verən millət vəkili Fazil Mustafa hesab edir ki, Makkeyinin təyinatı Rusiyaya qarşı daha sərt siyasətin formalaşacağına bir işarədir. Bu təyinatdan sonra ABŞ-ın ritorikasının daha da hədələyici olacağını düşünür.
Millət vəkili Zahid Oruc isə belə düşünür: “Senator Con Makkeynin Konqresin Silahlı qüvvələr üzrə komitəsinə rəhbər seçilməsi Amerikanın siyasətinə müəyyən qədər təsir göstərəcək. Ən az üç istiqamətdə-Rusiya,İran və İraq cəbhəsində sərtləşməni proqnozlaşdıra bilərik.
Respublikaçıların aralıq seçkilərdə əldə etdiyi üstünlük onlara prezident Barak Obamaya xarici siyasət məsələlərində daha ciddi təzyiq etməyə imkan verir.Belə olan təqdirdə karyerasının son zirvəsində olan 78 yaşlı Makkeyn əldə etdiyi axırıncı şansdan maksimum bəhrələnməyə və ölkəsinin tarixində həmişəlik qalmağa cəhd edəcəkdir.
Pentaqonun hər il müxtəlif ölkələrlə apardığı hərbi əməkdaşlığın və xərclərin çəkisində dəyişiliklər mütləq olacaq.
Makkeynin siyasi üfüqdə imicini dəyişməsi o qədər də real görünmür.
O, anti Putin platformasının ardıcıl və barışmaz liderlərindən biridir. O,rus çekistlərinə nifrət etdiyini gizlətmir və Rusiyanı hələ də keçmiş xəfiyyəçilərin idarə etdiyini söyləməkdən usanmır. Makkeyn dəfələrlə rus aqresiyasının dayandırlmasına qarşı irəli sürülən qanunvericilik təşəbbüslərinə başçılıq edib. Xüsusilə, onun Ukraynada bir il əvvəlki inqilabi proseslərdə fəal rolu danılmazdır. O, nəinki ruslara qarşı müxtəlif sanksiyaları, eləcə də ukraynalıları silahla təchiz edərək onları hərbi toqquşmaya sürükləməyi ən yaxşı strategiya hesab edir. Bir sözlə, Rusiyanın istənilən liderin rəhbərliyi altında yönləndirilməsi keçmiş təyyarəçi senatora real təhlükə kimi görünür.
Deməli, 2015-ci ildə Ukraynaya yardımların artacağı və respubilkaçıların burada mühüm rol oynayacağı şəksizdir.
Digər tərəfdən Makkeyn Bəşər Əsədi cəzalandırmaq üçün Suriya və İraqdakı müxalif qüvvələri də silahla təchiz etmək planlarını Konqresə daşımaqda israrlı olacaq. Əlbəttə, qərarqəbuletmə hər zaman müxtəlif instansiyalardan keçir, Lakin Makkeyn ABŞ-ın daha sərt xətti izləyən qüvvələrinin mənafeyini, silah partiyalarının maraqlarını təmsil etmək üçün mühüm tribuna qazanıb. Bunu dünyanın aparıcı siyasi ekspertləri də açıq etiraf edirlər.
Ona görə də yenicə başladığmız ilin gərgin və ağır olacağını bəribaşdan proqnozlaşdırmaq o qədər böyük qabiliyyət tələb etmir”.
Kamran/Yenicag