“Doğma Torpağa Dəstək” – Yardımlı həkimlərinin qurultayı baş tutdu

media-hightechnic-468x90

Yardımlı rayonunda TƏBİB yaradılmasının 7-ci ildönümünə həsr edilən “Doğma Torpağa Dəstək – Yardımlı Həkimlərinin Qurultayı” baş tutub.

Yenicag.az xəbər verir ki, tədbirin əsas məqsədi Yardımlı rayonu kimi dağlıq və ucqar regionda səhiyyə sahəsində mövcud problemlərin müzakirə olunması, gələcək planlar və təcrübə mübadiləsinin həyata keçirilməsi olub.

Tədbirdə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən 30 nəfərdən çox həkim və Yardımlı Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən həkimlərin iştirak edib.

Tədbirin rəsmi hissəsində Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının müavini Miramil Səmədli rayon haqqında ümumi məlumat, region səhiyyəsində görülən işlər və qarşıya qoyulan hədəflər haqqında məlumat verib.

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Ravil Qənbərov Regional səhiyyənin inkişafı üçün “Yardımlı Modeli” adlı yeni bir konsepsiya məlumat verib. Bu modeldə, bilik və təcrübə mərkəzinin yaradılmasını, gənc kadrlara mentorluq sisteminin qurulmasını və xeyriyyəçilik fondunun formalaşdırılmasını nəzərdə tutulur.

R.Qənbərov həmçinin, son 1 ildə görülən işlər, yeniliklər və gələcək planlar barədə tədbir iştirakçılarını məlumatlandırıb.

O, Yardımlı rayonunda səhiyyənin inkişafı üçün yeni layihələrin hazırlanması və tibb işçilərinin bilik və təcrübə artımı proqramlarına başlanmasından bəhs edib.

Daha sonra Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və digər nüfuzlu həkimlər nitq ilə çıxış ediblər.

Tədbirin gələcək illərdə də mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa