“Epşteyn işi” üzrə 30 min məxfi sənəd açıqlandı

media-hightechnic-468x90

ABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı 30 min sənəddən ibarət yeni məxfi arxivi ictimaiyyətə təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi açıqlamada bildirilib.

Məlumata görə, açıqlanan sənədlərin bir hissəsində ABŞ Prezidenti Donald Tramp barəsində 2020-ci il prezident seçkilərindən əvvəl irəli sürülmüş iddiaların əsassız olduğunu göstərən sübutlar yer alır.

Nazirlik qeyd edib ki, materiallar potensial zərərçəkən şəxslərin kimliyinin qorunması məqsədilə redaktə olunub.

Xatırladaq ki, bundan əvvəl, dekabrın 19-da ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı təxminən 4 min sənəd və fotoşəkil dərc etmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa