ABŞ bütün dünya üzrə vətəndaşlarına xəbərdarlıq etdi

media-hightechnic-468x90

ABŞ Dövlət Departamenti dünyanın müxtəlif yerlərində artan gərginlik səbəbilə öz vətəndaşlarına xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, bu barədə Departamentin Konsulluq Əlaqələri Bürosunun Səyahətlər İdarəsindən bildirilib.

Büronun yaydığı xəbərdarlıqda ABŞ vətəndaşlarına səyahət edərkən sayıq olmaları tövsiyə edilib.
“Dünyanın müxtəlif yerlərində artan gərginlik səbəbindən ABŞ ölkə daxilindəki və həmçinin ölkədən kənardakı vətəndaşlarına mümkün terror hücumları, nümayişlər və ya zorakılıq aktları riski səbəbilə daha ehtiyatlı olmalarını tövsiyə edir”, – deyə xəbərdarlıqda qeyd edilib.

Mənbə: Haber Global

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa