ABŞ-da COVID-19-la bağlı fövqəladə vəziyyət rejimi ləğv edildi

media-hightechnic-468x90

ABŞ-da COVID-19 pandemiyası səbəbilə üç ildir qüvvədə olan fövqəladə vəziyyət rejimi ləğv edilib.

media-banner_tuq

Yenicag.az  xəbər verir ki, müvafiq qanun layihəsini ABŞ Prezidenti Co Bayden imzalayıb.

Ağ Evin saytında yerləşdirilmiş məlumatda qeyd edilib ki, Prezidentin imzaladığı qanunla COVID-19 pandemiyasına görə, elan edilmiş milli fövqəladə vəziyyət rejimi başa çatıb.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2020-ci ilin martında bütün ölkədə fövqəladə vəziyyət elan edilməsi ilə bağlı fərman vermişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05