Niger Azərbaycanla əməkdaşlığı genişləndirməyə maraq göstərir - FOTO

media-hightechnic-468x90

Niger Azərbaycanın enerji resurslarından səmərəli istifadə istiqamətində təcrübəsindən faydalanmaq niyyətindədir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Niger Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Milli Məclis sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Görüşdə ölkələr və parlamentlər arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qanunverici orqanlarımızın beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlığı qeyd olunub. O cümlədən, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı kimi təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti ifadə edilib.

Spiker Sahibə Qafarova qonağa 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Parlament Şəbəkəsi 5 il ərzində həm institusional inkişaf, həm də beynəlxalq nüfuzunun artması baxımından böyük inkişaf yolu keçib.

Mamoudu Haruna Cinqarey Azərbaycanın əldə etdiyi nailiyyətləri təqdir edərək deyib ki, bir çox ölkələr onilliklər ərzində belə Azərbaycanın son illərdə qazandığı uğurlara nail ola bilməyiblər.

Məsləhət Şurasının sədri Nigerin Azərbaycan və Milli Məclis ilə münasibətləri dərinləşdirməkdə maraqlı olduğunu söyləyərək ölkənin bir çox sahələrdə, o cümlədən enerji resurslarından səmərəli istifadə istiqamətində təcrübəsindən faydalanmaq istədiklərini vurğulayıb.

media-bqhfyvgikcitnnuemxgpdotvgdxix2wkv2zv3rhx_1200 media-bro8zzwfltz9fnqhnhsk54okbk4yllnkrsldbsgk_1200 media-5e1htao4wmeufsbu4zzcu7dsk904vz32j3xzmsyy_1200 media-ln9paqekzloqxl9y3etxhkmf7xjbgexn5emzx08p_1200 media-yqc04ksjuy4pmw6x0fpuvxrpwqgftxqlrz59x9qo_1200

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05