Türkiyə səfirliyi qarşısına gələn ermənilərə yaxın tarixdə, Xocalıda törətdikləri soyqrım xatırladıldı
Erməni aksiyaçılar susduruldu. Qondarma erməni soyqırımının ildönümünə hazırlaşan erməniləri Vaşinqtonda yenə azərbaycalılar və türklər susdurub. Onların yalanlarını eşidilməz ediblər.
ABŞ-da türklər və azərbaycanlılar ermənilərin qondarma soyqırım iddialarına cavab verib. ANS PRESS-in Vaşinqton müxbirinin verdiyi məlumata görə, qondarma erməni soyqrımı iddaları ilə Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısına yürüş edən ermənilərə türklər və azərbaycanlılar birgə cavab verdilər:
“Biz ermənilərdən fərqli olaraq saxta deyil, tarixi faktlara söykənən plakatlar və şəkillər nümaiyş etdirdik. Qondarma erməni soyqrımı iddası ilə Türkiyə səfirliyi qarşısına gələn ermənilərə yaxın tarixdə, Xocalıda törətdikləri soyqrımxatırladıldı. Erməni diasporasının əsassız iddası ilə gündəmə gətirilən qondarma soyqrım ermənilərin özlərini tanıtması üçün bir bəhanədir. Türkiyə və Azərbaycan icması onların istəyini bu dəfə də ürəklərində qoydu.
Al qırmızı Türkiyə və 3 rəngli Azərbaycan bayrağının Azərbaycan musiqisinin sədaları altında dalğalanması da ermənilərə təsir edirdi. Türkiyə ilə yanaşı Azərbaycana qarşı əssasız iddia səsləndirən ermənilər, hər addımda soydaşlarımızı təxribata cəlb etmək istəyirdilər.
Türkiyə səfirilyinin qarşısında yerləşdirilən səsgücləndirici vasitəsi ilə ermənilərin əssasız idallarını da eşitməmiş olduq. Yəni ermənilər öz səslərindən çox Azərbaycan və Türk musiqisini dinlədilər”.
Birləşmiş Ştatlar prezidenti Barak Obamanın 1915-ci il hadisələrindən danışarkən soyqrım ifadəsinin işlətməməsi də erməniləri qəzəbləndirmişdi. Onlar Obamanı Azərbacana və Türkiyəyə işləməkdə günahlandırdılar. Barak Obama bəyanatında ermənilərin kütləvi şəklidə qətlini 20-ci əsrin qəddarlığı kimi qiymətləndirsə də, soyqırım kəlməsini işlətməyib.
www.yenicag.az