Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ-da Minnesota ştatında Azərbaycana dəstək aksiyası keçirildi - VİDEO

ABŞ-ın Minnesota ştatında ölkəmizin Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını indiyədək işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.

Yenicag.az Baku TV-yə istinadən xəbər verir ki, ştatın paytaxtı olan Sent-Pol (Saint Paul) şəhərində baş tutan aksiya Minnesota-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib.

Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının və müxtəlif şüarlar yazılmış posterlərin bərkidildiyi avtomobil karvanı şəhərin küçələrində hərəkət etməklə yerli ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə cəlb edib.

Şəhərin mərkəzində başa çatan avtomobil yürüşünün sonunda “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!”, “Ermənistanın işğalçı siyasətinə son!”, “Qarabağı azad etməyin vaxtıdır!” şüarları səsləndirilib.

Soydaşlarımız ABŞ Konqresindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

Loading...

www.yenicag.az

330
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100