Avropa İttifaqı və ÜST Azərbaycana tibbi ləvazimatlar göndərdi

media-hightechnic-468x90

Bu gün Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskasi, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə 987 min cüt müayinə əlcəyini Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, təhvil-təslim aktını ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov imzalayıb.

Bu ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05