ABŞ-dan BMT-də Türkiyə leyhinə VETO – Beynəlxalq etiraz qəbul edilmədi

BMT-də Türkiyənin Suriyanı şimalında başlatdığı “Barış Pınarı” əməliyyatını qınayan səsvermə həyata keçirilib. 

Yenicag.az xəbər verir ki, ABŞ və Rusiya səsvermə zamanı qərarı veto edib.

İki ökənin Türkiyənin leyhinə qərar verməsi qınama qərarının çıxmasının qarşısını alıb.

Beləliklə, Türkiyənin Suriyadakı əməliyyatları barədə qınama qərarı almaq məqsədiylə toplanmış BMT Təhlükəsizlik Şurası sözügedən qərarı verə bilməyib.

Qeyd edək ki, toplantının keçirilməsi barədə istək Fransa, Almaniya, İngiltərə, Polşa və Belçika tərəfindən istənilib.

Toplantıdan sonra isə, mətbuata açıqlama verən ABŞ və Avropa Birliyi ölkələri Türkiyədən əməliyyatları dayandırmağı tələb edib.

Həşim Səhrablı