Yenicag.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Hərbi Hava Qüvvələrinin komandiri general-leytenant Con Hesterman çıxış edib. O, hava hücumlarının terrorçuların fəaliyyətinə əngəl törətdiyini bildirib:
“Hava hücumları zamanı hər ay mindən çox terrorçu öldürülür və İŞİD-in regionda neft fəaliyyətinə əngəllər törədilir. Bundan əlavə hava hücumları quru qoşunlarının torpaqları geri almasına da kömək edir. Lakin İŞİD getdikcə daha çox əhalinin içinə qarışır. Bəzən bir məscid, məktəb və ya məhəllə içində gizləndiklərini müəyyən edirik”.
Xatırladaq ki, ABŞ Dövlət katibinin müavini Toni Blinken koalisiya qüvvələrinin İraq və Suriyada təşkil etdiyi hava hücumlarında 10 mindən çox terrorçunun öldürüldüyünü açıqlamışdı.
www.yenicag.az