ABŞ-də Avropa Birliyinin gələcək liderinin adını açıqladılar

media-hightechnic-468x90

“ABŞ Polşanı Avropa İttifaqının gələcək lideri kimi görür, çünki Varşava müdafiəyə digərlərindən daha çox pul xərcləyir”.

media-banner_tkm

Bunu ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini Ceyms O’Brayen deyib.

O’Brayenin sözlərinə görə, ABŞ və Polşa təhlükəsizlik sahəsində həmişə çox sıx əməkdaşlıq ediblər. O, həmçinin NATO-nun şərq cinahını gücləndirmək qərarına gəldiyini də xatırladıb.

Dövlət katibi xatırladıb ki, ABŞ-nin NATO müttəfiqlərinin çoxu ÜDM-in 2%-ni müdafiə sənayesinə, Polşa isə bundan daha çox xərcləyir.
“Çox faydalı regional müdafiə planları hazırlanıb və onlar hər ay daha yaxşı həyata keçirilir”, – deyə o bildirib.

Mənbə: gazeta.ru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05