ABŞ-də hərbi hissəyə silahlı hücum edildi: Ölənlər var

media-hightechnic-468x90

ABŞ-nin Corciya ştatındakı “Fort Stewart” hərbi bazasına silahlı hücum edilib.

Yenicag.az-ın xarici mediya istinadən məlumatına görə, hücum səbəbindən bazaya giriş-çıxışlar qismən məhdudlaşdırılıb, itkilər olduğu bildirilir.

Baza rəhbərliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan açıqlamada ərazidə aktiv silahlı şəxsin olduğu qeyd edilib və təhlükəsizlik qüvvələrinin hadisə yerində olduğu vurğulanıb.

Açıqlamada “itkilər var” ifadəsinə yer verilsə də, ölü və ya yaralı sayı barədə məlumat paylaşılmayıb.

Baza yaxınlığında olan personalın yerlərindən tərpənməmələri, qapı və pəncərələri bağlı saxlamaları barədə xəbərdarlıq edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa