ABŞ-də prezident seçkiləri başladı

media-hightechnic-468x90

Bu gün ABŞ-də prezident seçkiləri keçirilir.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, səsvermə ilk olaraq Vermont ştatında açılıb.

Qeyd edək ki, bu gün ABŞ-də keçiriləcək seçkilər ölkədə gələcək 4 il ərzində kimin prezident olacağını müəyyənləşdirəcək.

Xatırladaq ki, prezident postu uğrunda mübarizə Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında gedir.

Səsvermənin açılış və bağlanma saatları hər ştatda fərqlidir. Ölkə üzrə ən sonuncu məntəqələr noyabrın 6-da Havay (Bakı vaxtı ilə 08:00) və Alyaskada (Bakı vaxtı ilə 10:00) bağlanacaq.

Qeyd edək ki, ölkə üzrə artıq 70 milyondan çox amerikalı erkən səs verib./unikal

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600