ABŞ-də yaşayan azərbaycanlılara müraciət edildi - FOTO

media-hightechnic-468x90

Azərbaycanın ABŞ-dəki səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət ünvanlayıb.

Yenicag.az xəbər verir ki, səfirliyin “X” sosial şəbəkəsindən ünvanladığı müraciət ABŞ-də yaşayan azərbaycanlıların növbədənkənar prezident seçkisində iştirakı ilə əlaqəlidir.

Səfirlik qeyd edib ki, növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın ABŞ-dəki səfirliyində seçki məntəqəsi yaradılacaq.

Diplomatik korpus müraciət edib ki, ABŞ-də yaşayan seçki hüququna malik azərbaycanlılar özləri haqqında məlumatları 2023-cü ilin 29 dekabrınadək səfirliyə təqdim edə bilərlər.

Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək./Oxu

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa