ABŞ-dən Azərbaycan şirkətinə 339 milyonluq yardım

media-hightechnic-468x90

ABŞ İxrac-İdxal Bankının (EXIM) Direktorlar Şurası keçən həftə bankın ixracını və prioritetlərini dəstəkləmək üçün 350 milyon dollardan çox məbləğdə üç maliyyə əməliyyatını təsdiqləyib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə bankın bəyanatında deyilir.

Sövdələşmələrdən biri Azərbaycanın “Silk Way” aviaşirkətinə 339 milyon dollardan çox kreditin təsdiqi olub.

“Təyyarənin 2026-cı ilin yazına qədər təhvil verilməsi gözlənilir. Əməliyyatlar təxminən 700 iş yeri yaradacaq”, – EXIM-in bəyanatında qeyd olunub.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının İxrac-İdxal Bankı (EXIM) ölkənin rəsmi ixrac kredit agentliyidir və onun missiyası ABŞ ixracını təşviq etməklə Amerika iş yerlərini dəstəkləməkdir./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05